sedanews.az
sedanews.az

Bu gecə Ramazan ayının ilk Qədr gecəsidir

23-05-2019, 17:02 912 dəfə baxılıb

Bu gecə Ramazan ayının ilk Qədr gecəsidir

                  
            
Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr gecəsi (əhya) qeyd olunacaq.
Milli.Az "ölkə.az"a istinadən xəbər verir ki, ikinci Qədr gecəsi mayın 25-dən 26-na, üçüncüsü 27-dən 28-nə keçən gecəyə təsadüf edir.
Sonuncu Qədr gecəsi Ramazan ayının 26-cı günü, yəni mayın 31-dən iyunun 1-nə keçən gecəyə təsadüf edəcək.
Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.
Qədr gecəsinin konkret hansı gecə olması mübahisəlidir. Amma İslam peyğəmbəri və imamlardan gələn rəvayətlərə görə, Qədr gecəsi Ramazan ayının 19, 21, 23-cü və bəzi hədislərə əsasən, 26-cı gecələrindən biridir. Bu gecələr həm də "Əhya gecələri" adlanır.
Qədr gecəsində səhərə qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq böyük savab sayılır.
Qeyd edək ki, Şəvval ayının 1-i, yəni iyunun 5-i Fitr bayramıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilən 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimində 5-6 iyun tarixləri Ramazan bayramıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA