sedanews.az
sedanews.az

Maaş qalxdı: aylıq ödənişlərin artmaması üçün təklif

27-06-2019, 11:32 972 dəfə baxılıb

Maaş qalxdı: aylıq ödənişlərin artmaması üçün təklif



                Minimum əmək haqqı məbləğinin 250 manata çatdırılması ilə bağlı qərardan sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin ödədiyi sosial sığorta haqqının hesablanmasına yenidən baxılması məqsədə uyğundur.
Sedanews.az Axar.az a istinadən  xəbər verir ki, bu sözlərlə iqtisadçı alim Vüqar Bayramov çıxış edib.
O bildirib ki, sosial paketin iqtisadi təsirlərini nəzərə alaraq, sığorta haqları ilə minimum əmək haqqı məbləği arasındakı əlaqənin aradan qaldırılmasına ehtiyac var:
“Belə ki, minimum əmək haqqı məbləği artanda sosial ödənişlər də çoxalır. Fiziki şəxslərin minimum əmək haqqının 20 faizi həcmində sosial ödəniş etdiyini nəzərə aldıqda, sentyabrdan etibarən aylıq ödənişlər 50 manata yüksələcək. Fiziki şəxslər üçün aylıq sosial ödənişin məbləğinin vahid (fiks) müəyyənləşdirilməsi daha məqsədəuyğun olardı. Beyin mərkəzi olaraq aylıq ödəniş üçün 35 manat müəyyənləşdirilməsini təklif edirik. Bu halda əmək haqqı artımları fiziki şəxslərin aylıq ödənişlərini artırmayacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA