sedanews.az
sedanews.az

İqtisadçıdan uşaq pulu ilə bağlı – Mühüm təklif

1-07-2019, 10:38 793 dəfə baxılıb

İqtisadçıdan uşaq pulu ilə bağlı – Mühüm təklif

                İqtisadçı alim Vüqar Bayramov uşaq pulunun bərpası ilə bağlı təklifləri hökumətə təqdim edib.
Sedanews. az xəbər verir ki, iqtisadçı təkliflərin bir qisminin sosial paketin bir elementi olaraq artıq qəbul edildiyini deyib.
“Nəzərə alsaq ki, əmək haqqı və pensiyalarda artım davam edir, biz pensiya amnistiyasının verilməsini təklif etmişik. Elə vətəndaşlarımız var ki, onların pensiyaya çıxış imkanlarında müəyyən çətinliklər var. Onlara amnistiyanın verilməsi və pensiyanın təmin edilməsinə ehtiyac var. Əmək haqqı artımları zamanı sektoral olaraq aşağı əmək haqqı alan sektorlarda daha çox artımların həyata keçirilməsinin tərəfdarıyıq. Rəsmi statistikaya görə, Bakı və regionlar arasındakı əmək haqqı məbləğində iki dəfəyə yaxın fərq var, ona görə də əmək haqqı artımlarının ünvanlı olaraq daha çox regionları əhatə etməsinin tərəfdarıyıq. Eyni zamanda biz, beyin mərkəzi olaraq, 17 yaşınadək olan uşaqlar üçün nəzərdə tutulan sosial ödənişlərin (uşaq pulu) mərhələli şəkildə tətbiq olunmasının tərəfdarıyıq. Güman edirəm ki, sosial islahatların bir elementi olaraq mərhələli şəkildə Azərbaycanda uşaq pulunun bərpasını müşahidə edə biləcəyik”, - iqtisadçı bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA