sedanews.az
sedanews.az

Bakı-Tbilisi qatarında yaranmış problemlə bağlı - AÇIQLAMA

9-07-2019, 15:35 939 dəfə baxılıb

Bakı-Tbilisi qatarında yaranmış problemlə bağlı - AÇIQLAMA


"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Bakı-Tbilisi qatarının qəzaya uğraması ilə bağlı açıqlama verib.
Qurumdan Oxu.Az-a bildirilib ki, iyunun 8-də saat 23:20-də dəmiryolunun Padar-Sığırlı mənzilində kontakt şəbəkəsində yaranmış nasazlıq nəticəsində qatarların hərəkətində ləngimə olub:
“Hərəkətdə olan 38 saylı Bakı-Tbilisi sərnişin qatarı yolda qalıb. Qatar teplovoz dartısı ilə Sığırlı stansiyasına gətirilib və oradan təyinatı üzrə yola salınıb. Hadisə nəticəsində Bakı-Tbilisi sərnişin qatarının hərəkətində iki saat ləngimə qeydə alınıb”.
QSC-dən qeyd edilib ki, hazırda qatarlar hazırda qrafik üzrə hərəkət edir. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA