sedanews.az
sedanews.az

SOS: Körpələrə verilən məşhur uşaq qidası TƏHLÜKƏ SAÇIRMIŞ

Dün, 09:24 95 dəfə baxılıb


"Baku Kids Company" QSC tərəfindən ölkəyə idxal edilən İspaniya istehsalı olan "Humana" SL əmtəə nişanlı uşaq qidasından (24.05.2024-24.11.2025-ci il istehsal tarixli, 40524-083 partiya nömrəli) Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Sedanevs.az Oxu.A-a istinadən  xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, sınaq nəticəsinə əsasən, ümumi çəkisi 100 kiloqram olan məhsul partiyasında genetik modifikasiya olunmuş orqanizm aşkarlanıb.
Faktla bağlı məhsul partiyasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA