sedanews.az
sedanews.az

Bakıda 7 ildən sonra bu yol açıldı

23-09-2019, 12:38 840 dəfə baxılıb

Bakıda 7 ildən sonra bu yol açıldı

                7 ildən sonra Ceyhun Səlimov küçəsində hərəkət bərpa olunub
Nəsimi rayonu ərazisində Ceyhun Səlimov küçəsinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsindən Cəlil Məmmədquluzadə küçəsinə qədər olan (Hərbi Hospital) və yeni metro stansiyasının tikintisi ilə əlaqədar olaraq 7 ildir bağlı olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Tiflis prospektində və Ceyhun Səlimov küçəsi ilə kəsişən digər küçələrdə xüsusən günün pik saatlarında yaşanan sıxlığın aradan qaldırılması məqsədi ilə qısa müddətlik təmir-tikinti işləri həyata keçirilib.
Sözügedən ərazidə yeni metro stansiyasının tikintisi tam olaraq yekunlaşmadığı üçün 4 hərəkət zolaqlı olan küçənin yalnız bir istiqaməti üzrə 2 hərəkət zolağı bərpa olunaraq sürücülərin istifadəsinə verilib. Yeni stansiyanın tikintisi yekunlaşdıqdan sonra isə digər istiqamət üzrə küçənin qalan hissəsinin də bərpası işləri həyata keçiriləcək.
istinad






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA