sedanews.az
sedanews.az

Kamal Abdulla təqaüd proqramını müzakirə etdi

16-10-2019, 16:03 831 dəfə baxılıb

Kamal Abdulla təqaüd proqramını müzakirə etdi 

                Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Almaniyanın ölkəmizdəki səfirliyinin birinci katibi Andreas Hohlt ilə görüşüb.
Kult.az xəbər verir ki, Andreas Hohlt Almaniya Bundestaqı Berlin şəhəri Müstəqil Universiteti, Humboldt adına Berlin şəhəri Universiteti, Berlin şəhəri Texniki Universiteti ilə birlikdə təşkil etdiyi Beynəlxalq Parlament Təqaüdü (IPS) proqramı haqqında danışıb.
Qonaq təqaüd proqramının təqdimat mərasiminin ADU-da keçirilməsi ilə bağlı təklif irəli sürüb. A.Hohlt 120-yə yaxın gəncin müraciət etdiyi proqrama 9 nəfər azərbaycanlı gəncin seçiləcəyini diqqətə çatdırıb. O, həmçinin ADU-nun Almaniya təhsil müəssisələri ilə münasibətdə seçilmiş universitet olduğunu vurğulayıb.
ADU-nun rektoru Kamal Abdulla təqaüd proqramının ciddi məsələ olduğunu diqqətə çatdırıb və proqramın təqdimat mərasiminin həyata keçirilməsini yüksək qiymətləndirib. Kamal Abdulla təqaüd proqramının Almaniyanın təbliği istiqamətində böyük rol oynayan məsələ olduğunu deyib. ADU-nun beynəlxalq əlaqələrindən söz açan rektor universitetin sonuncu kurs tələbələrinin yollandıqları pedaqoji və istehsalat təcrübəsi zamanı bir sıra Almaniya məktəbləri ilə danışıqlar aparıldığını söyləyib. O, Almaniya səfirliyi ilə ADU arasında əlaqələrin yüksək səviyyədə qurulmasından da söz açıb.
Görüşdə gələcək perspektivlər, iki ölkənin universitetləri arasında əlaqələrin qurulması haqqında məsələlər, tələbə-müəllim mübadiləsi müzakirə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA