
2026-cı ilin yanvar–oktyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 609 milyon manat, yəni 9,7% artaraq 6 milyard 872 milyon manata çatıb. Xərc artımının 608 milyon manatı pensiya ödənişlərinin payına düşüb.
İlk on ayda pensiyalara 6 milyard 527 milyon manat yönəldilib. Ötən ilin eyni dövründə bu məbləğ 5 milyard 919 milyon manat olub. Pensiya ödənişləri illik müqayisədə 10,3% artıb və fondun ümumi xərclərinin təxminən 95%-ni təşkil edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, pensiyalar ilin əvvəlindən 9,3% indeksləşdirilib.
Fondun gəlirləri isə 529 milyon manat və ya 8% artaraq 7 milyard 130 milyon manata yüksəlib. Gəlir artımının 450 milyon manatı məcburi dövlət sosial sığorta daxilolmaları hesabına formalaşıb. Bu daxilolmalar 5 milyard 237 milyon manatdan 5 milyard 687 milyon manata çatıb. (banker.az)