DataLife Engine / Bağça müəllimləri üçün sınaq imtahanı keçiriləcək

Bağça müəllimləri üçün sınaq imtahanı keçiriləcək


Noyabrın 24-də dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlər üçün sertifikatlaşdırmaya hazırlıq məqsədilə sınaq imtahanı keçiriləcək.
sedanews.az xəbər verir ki, imtahan saat 15:00-dan etibarən “Microsoft Teams” platformasında başlayacaq. İştirakçılar həmin vaxtdan sonrakı 24 saat ərzində imtahana qoşula biləcəklər.
İmtahanda 60 sual təqdim olunacaq və cavablandırma üçün 120 dəqiqə veriləcək. Suallar məktəbəqədər təhsilin məzmunu və metodikasını, eləcə də uşaq və yaş psixologiyasını əhatə edəcək.
Səhv cavablar yekun nəticəyə təsir etməyəcək. Hər bir namizəd sınaqda yalnız bir dəfə iştirak edə biləcək.
İmtahan mövzuları barədə ətraflı məlumat sertifikatlaşdırma üzrə qiymətləndirmə çərçivəsində yer alıb.

Bugün, 13:10
Go back