DataLife Engine / Bu ərazinin qazı kəsildi

Bu ərazinin qazı kəsildi


Bakının Yasamal rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranıb.
Bu barədə  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyiməlumat yayıb.
Bildirilib ki, bu gün saat 04:20-də Yasamal rayonu, A.Abbasov küçəsində qazıntı işləri aparılan zaman qaz xətti zədələnib.
A. Abbasov, A. Şərifzadə küçələrinin tam olaraq, M. Seyidov küçəsinin isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

30-06-2025, 10:29
Go back