sedanews.az
sedanews.az

İsrail mediasından şok: Türkiyənin kəşfiyyat rəhbərini öldürün!

29-01-2020, 12:02 621 dəfə baxılıb

İsrail mediasından şok: Türkiyənin kəşfiyyat rəhbərini öldürün!




                İsraildə çapdan çıxan “Makor Rişon” qəzeti Türkiyə Milli İstehbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanı İraqda öldürülən İran generalı, Qüds briqadasının komandanı Qasım Süleymaniyə bənzədərək hədəf göstərib.
Axar.az xəbər verir ki, “Sultan və Süleymani” başlıqlı məqalədə şok iddialar yer alıb.
Belə ki, Fidanın Süleymani kimi İraq və Suriyada vəkalət savaşı apardığı bildirilib:
“Fidan Süleymaniyə çox bənzəyir. Fidan Süleymaninin əkizidir. Hazırda Süleymani yerin üç arşın altında yatdığına görə, indi də Türkiyə kəşfiyyatının rəhbəri Hakan Fidanın planlarına diqqət etmək lazımdır”.
Qeyd edək ki, sözügedən qəzet İsraildə radikal sağ təmayüllü nəşrlərdən sayılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA