sedanews.az
sedanews.az

Bill Qeyts dünyanın xilası planını açıqladı

28-12-2021, 16:17 552 dəfə baxılıb

                  Bill Qeyts dünyanın xilası planını açıqladı


Yeni sənaye inqilabı yaşıl iqtisadiyyat yaratmağa və istixana tullantılarını azaltmağa kömək edəcək.
 Bunu “Maykrosoft” qurucusu, milyarder Bill Qeyts deyib.
“Bizim istixana qazları olmadan qida məhsulları, əşyalar hazırlamaq, elektrik enerjisi istehsal etmək, binalarımızı qızdırmaq üçün yeni yollara ehtiyacımız var. Hökumətlərin və korporasiyaların adi, həvəsləndirici vədlər verdiyi və onlara əməl etmədiyi günlər geridə qalıb”, - Qeyts bildirib.
Milyarder bunun çox ambisiyalı hədəf olduğunu etiraf edib:
“Amma ümid edirəm ki, 2022-ci ilə qədər hökumətlər və özəl şirkətlər təmiz iqtisadiyyata keçidi sürətləndirəcək yeni əməliyyat modelləri yaradacaqlar. Mən qarşıdakı ili səbirsizliklə gözləyirəm və inanıram ki, biz yalnız təmiz texnologiyalara əsaslanacaq bir inqilabın başlanğıcındayıq”.
Axar.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA