Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanan "ProctorDİM" adlı xüsusi proqram təminatı vasitəsilə iyunun 9-da növbəti onlayn sınaq imtahanı keçiriləcək.
Mərkəzdən Milli.Az-a verilən məlumata görə, imtahanda iştirak ödənişsizdir. İmtahana qeydiyyat 8 iyun saat 11:30-dan 17:00-dək aparılır. İmtahanın iyunun 9-da saat 12:00-da keçirilməsi nəzərdə tutulur. İmtahanda hələlik 500 istifadəçinin iştirakı planlaşdırılır.
Yeni sınaq imtahanında 5 iyunda təqdim olunan test tapşırıqlarından istifadə olunacaq.
İmtahana yalnız aşağıda qeyd olunan vaxtda imtahanda iştirak etmək imkanı olan şəxslərin yazılması tövsiyə olunur. Bundan əlavə, 5 iyunda keçirilən imtahanda davranış qaydalarını (imtahan otağını tərk edib qayıtmaq, kiminləsə danışmaq və s.) 20-yə yaxın şəxs pozsa da, proqramı və nəzarət sistemini yoxlamaq məqsədilə onlara imtahanlarını başa çatdırmaq imkanı yaradılmışdır.
9 iyunda keçiriləcək imtahanda isə qaydaları pozan şəxslərin imtahanı dərhal dayandırılacaq.
Xatırladaq ki, proqramda bir çox təhlükəsizlik məsələləri nəzərə alınıb. Proqram işə salındığı andan etibarən istifadəçinin ekranı, eləcə də kamera vasitəsilə istifadəçinin özü video nəzarətə götürülür və bütün imtahan prosesi videoya çəkilərək mərkəzə ötürülür.
İstifadəçilərin imtahana daxil ola bilmələri üçün üztanıma proqramı vasitəsilə şəxsiyyətləri dəqiqləşdirilir.
Bütün imtahan prosesi nəzarətçilər tərəfindən onlayn izlənilir. İmtahan başa çatan kimi istifadəçi topladığı bal haqqında məlumat alır.
İmtahan iştirakçıları proqram vasitəsilə Azərbaycan dilindən fərqli dildə olan 11-ci sinif şagirdlərinin verdiyi Azərbaycan dili (dövlət dili) imtahanını verə bilərlər.
Onlayn sınaq imtahanında iştirak etmək istəyənlər Mərkəzin internet saytında "Şəxsi kabinet" açdıqdan (şəxsi kabineti olmayanlar) sonra verilən linkdə (https://eservices.dim.gov.az/elimt/BurSinaq) qeydiyyatdan keçməlidirlər.
Onlayn sınaq imtahanında iştirak etmək üçün istifadəçi "ProctorDİM" proqramını yükləyib kompüterinə quraşdırmalıdır (https://otk.az/ProctorDIM/ProctorDIM.zip).
Kompüterinizdə proqramı istifadə edə bilmək üçün lazımi sistem tələbləri ilə qeydiyyat səhifəsində tanış ola bilərsiniz. (https://eservices.dim.gov.az/elimt/BurSinaq/SystemReqiurements).


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
1 ayda 190 min nəfər imtahanlarda iştirak edəcək
Mehdiabadda səkilər zəbt olunub, piyadalar yolda qalıb — jurnalistin çəkilişinə niyə maneçilik yaradıldı?
Bir Şəhid Anasın illərdir qəlbində yaşatdığı arzu
“Bu torpaq uğrunda ölən varsa, Vətəndir...” — Şəhid Əli Nəcəfovun qəhrəmanlıq yolu
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Qalibiyyət ruhlu xalq
Azərbaycanlıların olduğu gəmi batdı - ölən və itkin düşənlər var
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib
“20 Sentyabr” stansiyası istifadəyə verilir - TARİX AÇIQLANDI
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib (FOTO)
Deputatlar bu gün 12 məsələni müzakirə edəcəklər
Azərbaycan neftinin qiyməti 122 dollara yaxınlaşıb
Təhsilə ayrılacaq 5 milyarddan çox vəsait hara xərclənəcək? - CƏDVƏL
Bu gün Milli Qəhrəman Şükür Həmidovun anım günüdür
Əli Əsədov nazirliklə bağlı qərar imzaladı
Azərbaycana gələn turistlərin sayı azalıb
Darçınlı su orqanizminizdə bunları dəyişəcək
Azərbaycan nefti bahalaşıb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb
Azərbaycanda yağın qiyməti kəskin BAHALAŞDI
Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasından 94 il ötür
Moskvada qızılcaya görə karantin: Universitet tələbələri distant təhsilə keçirildi
Mikayıl Cabbarovun İtaliyaya səfəri başlayır
Çempionlar Liqasında bugünkü OYUNLAR
Azərbaycan neftinin qiyməti bahalaşıb
Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM
Sahibə Qafarova TÜRKPA-nın plenar iclasında çıxış edib
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub (FOTO)
Trampın seçkidə uduza bilər
POS-terminal tariflərinin azaldılması təklif olunur
Azərbaycanda bu əcnəbilərdən iş icazəsi tələb olunmayacaq
Hərbi hissəni özbaşına tərk edənlər cərimələnəcək
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq
Bu ayın pensiyaları ödənildi
Azərbaycan neftinin qiyməti 118 dolları ötüb
Metropoliten bu gün xüsusi rejimdə işləyəcək
Mətbuat Şurası Türkiyə mediasına çağırış etdi
Əli Əsədov yeni qərar imzaladı
Repetitor xərcləri valideynləri özəl məktəblərə yönəldir?
AzTV avadanlıqlarına 1 milyon xərcləyəcək
Pensiyaçılara şad xəbər - Sabah ödəniləcək
Prezident energetikləri təltif edib – SİYAHI
Anar Bayramov nazir təyin olundu - Sərəncam
Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat
Azərbaycanda bəzi dərmanların qiyməti uculaşacaq
Vüqar Qurbanovun bıçaqlanan vəzifəli qohumunun son durumu açıqlandı
1800-ə yaxın azərbaycanlı ölümündən sonra orqanlarını bağışlayacaq
Ürəyinizə yaxşı baxın
"Formula 1" üzrə Azərbaycan Qran-prisi BAŞLADI
Formula 1-ə görə yollarda ilk məhdudiyyət sabahdan tətbiq olunacaq
Azərbaycan cüdoçusu Fərid Rzazadə Ekvadorda dünya çempionu olub
Azərbaycan UEFA reytinqində 26-cı yerdə qərarlaşıb
Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı Sərəncam imzalandı
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi
Prezidentlikdən əvvəl və sonra Nobel qazanan dövlət başçıları