Sizin reklam burada728x90
Son dəqiqə:
» » 2027-ci ildən kənd təsərrüfatı məhsullarının qiymətləri necə dəyişəcək?

2027-ci ildən kənd təsərrüfatı məhsullarının qiymətləri necə dəyişəcək?

11.11.2026, 12:52 İqtisadiyyat Çap et


   Sedanews.Az xəbər verir ki, son dövrlər Azərbaycanda kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətlərində artım müşahidə olunur. Bu isə əhalinin gündəlik xərclərinə təsirsiz ötüşmür. Qarşıdan gələn 2027-ci ildən aqrar sektorda vergi güzəştlərinin dəyişdirilməsi isə qiymətlərin gələcək dinamikası ilə bağlı suallar yaradır.
  Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin açıqlamasına görə, 2027-ci il yanvarın 1-dən kənd təsərrüfatı istehsalçılarına tətbiq edilən gəlir və mənfəət vergisi üzrə 100 faizlik güzəştin 90 faizə endirilməsi təklif olunur. Bununla belə, bir sıra digər vergi güzəştlərinin daha beş il müddətinə saxlanılması nəzərdə tutulur.
   Bəs bu dəyişikliklər bazar qiymətlərinə necə təsir edəcək?
  Mütəxəssislərin qiymətləndirməsinə əsasən, vergi güzəştlərinin dəyişməsi məhsulların avtomatik bahalaşması demək deyil. Lakin istehsalçıların əlavə vergi öhdəliyi, toxum, gübrə, yanacaq, suvarma və daşınma xərcləri qiymətlərə müəyyən təsir göstərə bilər.
Digər tərəfdən, məhsul bolluğu, yerli istehsalın həcmi və idxaldan asılılıq da qiymətlərin formalaşmasında mühüm rol oynayır.
   Beləliklə, 2027-ci ildə kənd təsərrüfatı məhsullarının ucuzlaşacağına indidən zəmanət vermək mümkün deyil. Əsas məsələ vergi dəyişikliklərinin fermerlərin istehsal imkanlarına və nəticədə istehlak bazarına necə təsir edəcəyidir. İstehlakçıların gözləntisi isə sadədir: istehsalçıya dəstək artsın, bazarda qiymətlər sabitləşsin.