sedanews.az
sedanews.az

250 Azərbaycan vətəndaşı ölkəyə təxliyə edilir

15-01-2021, 10:14 403 dəfə baxılıb

250 Azərbaycan vətəndaşı ölkəyə təxliyə edilir


Gürcüstandan 250-yə yaxın Azərbaycan vətəndaşının təxliyəsi həyata keçirilir.
 Koronavirus testləri neqativ çıxan Azərbaycan vətəndaşlarının bu gün ölkəyə təxliyəsi həyata keçirilir. Hazırda həmin şəxslər Gürcüstan-Azərbaycan sərhədindəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında toplaşıb. Burada onlar rəsmi şəxslərin müşayiəti ilə ölkəyə keçəcəklər.
Azərbaycana keçən şəxslərin bir gün ərzində ünvanlarına çatmaq üçün sərbəst hərəkət etmə imkanı da yaradılır.
Qeyd edək ki, Azərbaycanın Gürcüstandakı səfirliyi Gürcüstandan 2000 nəfərədək Azərbaycan vətəndaşının təxliyəsini həyata keçirib.
Axar.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA