sedanews.az
sedanews.az

Novruz tətilindən sonra dərslər dayandırılır? - Rəsmi

12-02-2021, 16:55 457 dəfə baxılıb

Novruz tətilindən sonra dərslər dayandırılır? - Rəsmi

Mart ayında dərslərin yenidən dayandırılacağı ilə bağlı xəbərlər yayılıb.
Axar.az Bakı.vs-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə Novruz bayramı tətilindən sonra şagirdlərin məktəbə getməsinin dayandırılaraq, distant təhsilə keçiləcəyi iddia olunub.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur. Onun sözlərinə görə, hazırda Azərbaycanda məktəblərin bağlanmasına səbəb olacaq sanitar-epidemioloji durum mövcud deyil:
“Sosial şəbəkələrdə səhv informasiya yayırlar. Ümumiyyətlə, dərslərin dayandırılması ilə bağlı məsələ birbaşa Nazirlər Kabinetinin verdiyi qərarla tənzimlənir. Hazırda mətkəblərdə dərslərin dayandırılmasına əsas verəcək heç bir narahatlıq və təhlükə yoxdur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA