Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə” 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarında dəyişiklik edilməsi və “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 22 yanvar tarixli 12 nömrəli Qərarının ləğv edilməsi haqqında qərar qəbul edilib.
"Report" xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı imzalayıb.
“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 9, maddə 1205) ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.1-ci və 2.2-ci bəndlər aşağıdakı redaksiyada verilsin:
“2.1. 2021/2022-ci tədris ilində təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 259 nömrəli Qərarı ilə tənzimlənir.
2.2. Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində əyani formada aparılan tədris və təlim-tərbiyə prosesinin dayandırılması və yenidən bərpası barədə qərar Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin sanitar-epidemioloji vəziyyətlə bağlı müvafiq rəyi əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən qəbul edilir. Ayrı-ayrı təhsil müəssisələrində əyani formada aparılan tədris və təlim-tərbiyə prosesinin dayandırılması və yenidən bərpası barədə qərar isə həmin təhsil müəssisəsində yaranmış sanitar-epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyi əsasında aşağıdakı orqanlar (qurumlar) tərəfindən qəbul edilir:
2.2.1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinə münasibətdə - Azərbaycan Respublikasının Təhsil Nazirliyi;
2.2.2. digər icra hakimiyyəti orqanlarının tabeliyindəki təhsil müəssisələrinə münasibətdə - Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla həmin icra hakimiyyəti orqanları;
2.2.3. bu Qərarın 2.2.1-ci və 2.2.2-ci yarımbəndlərində qeyd edilənlər istisna olmaqla dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan digər təhsil müəssisələrində, habelə özəl və bələdiyyə təhsil müəssisələrinə münasibətdə - Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla həmin təhsil müəssisələrinin təsisçiləri.”.
1.2. Aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:
“2.2-1. Təhsil müəssisəsinin ayrı-ayrı siniflərində (qruplarında) əyani formada aparılan tədris və təlim-tərbiyə prosesinin dayandırılması və ya yenidən bərpası barədə qərar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyi əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyini məlumat- landırmaqla həmin təhsil müəssisəsi tərəfindən qəbul edilir.”.
1.3. 2.4-cü, 2.5-ci, 2.6-cı, 4.5-ci, 5.13-cü və 6.4-cü bəndlər ləğv edilsin.
1.4. Aşağıdakı məzmunda 2.10-cu bənd əlavə edilsin:
“2.10. Təhsil müəssisələrinin işçilərinin azı 80 faizinin COVID-19 pasportunun (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olması tələb edilir. Bu tələb təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələrinə şamil edilmir.”.
1.5. 4.1.1-ci yarımbənddə “olduğu müəyyən edildikdə, onların” sözləri “olan, yaxud respirator əlamətləri olanların” sözləri ilə əvəz edilsin.
1.6. Aşağıdakı məzmunda 4.1.1-1-ci yarımbənd əlavə edilsin: “4.1.1-1. ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olmalıdır;”.
1.7. 4.1.3-cü yarımbənddə “1,5” rəqəmləri “1” rəqəmi ilə əvəz edilsin.
1.8. 4.2.1-ci, 4.2.2-ci, 4.2.3-cü, 4.3.2-ci, 4.3.4-cü, 4.4.1-ci, 4.6.2-ci, 4.7.7-ci və 4.11.8-ci yarımbəndlər ləğv edilsin.
1.9. 4.2.4-cü yarımbəndin birinci cümləsində “tibbi və ya parça maskalardan, üz sipəri və digər qoruyucu vasitələrdən” sözləri “tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.)” sözləri ilə əvəz edilsin.
1.10. 4.2.5-ci yarımbənddə “1,5” rəqəmləri “1” rəqəmi ilə əvəz edilsin.
1.11. 4.3.1-ci yarımbəndə “məktəbəqədər” sözündən sonra “, məktəbdənkənar” sözü əlavə edilsin.
1.12. 4.6.1-ci, 4.7.3-cü və 4.7.8-ci yarımbəndlər və 4.9-cu bənd aşağıdakı redaksiyada verilsin:
“4.6.1.dərslərarası (məşğələlərarası) fasilələrdə təhsil alanların təmiz havada olmasına şərait yaradılır;
4.7.3. ali və orta ixtisas təhsili müəssisələrində sinif otaqlarından (auditoriyalardan) eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla sanitariya və gigiyena qaydalarına riayət olunmaqla istifadə edilir;
4.7.8. müəllimlərin (professor-müəllim heyətinin) eyni zamanda, müəllim otağına (kafedraya) toplaşması məhdudlaşdırılır.
4.9. Yeməkxanalara (bufetlərə) dair tələblər:
4.9.1. yeməkxana (bufet) girişlərinə spirt tərkibli əl üçün dezinfeksiya vasitəsi qoyulur;
4.9.2. təhsil alanların yeməkdən əvvəl və sonra əllərinin bol su və sabunla yuması üçün şərait yaradılır;
4.9.3. ümumi istifadə üçün nəzərdə tutulan əşyalar istifadə edildikdən sonra su və yuyucu vasitə ilə yuyulur, növbəti istifadəyə qədər təmiz şəraitdə saxlanılır;
4.9.4. yeməkxana əməkdaşı şəxsi gigiyena qaydalarına əməl etməli, əlcək və tibbi maska taxmalıdır;
4.9.5. yeməkxanada növbə yerləri döşəmənin üzərində işarələrlə ayrılır;
4.9.6. yemək hazırlanmasında istifadə edilən avadanlıq və qurğular başqa məqsədlər üçün istifadə edilmir;
4.9.7. yeməkxanada stollar arasındakı məsafə 2 metrdən az, oturacaqların ara məsafəsi isə 1 metrdən az olmamalıdır (internat tipli və uşaqların gecələdiyi digər təhsil müəssisələri istisna olmaqla);
4.9.8. təhsil alanların yeməkxanadan (bufetdən) növbəli (qrafik üzrə) istifadəsi təmin edilir.”.
1.13. 4.12-ci bəndin ikinci abzası aşağıdakı redaksiyada verilsin: “Təhsil müəssisələrində xüsusi karantin rejimi dövründə idman, akt zallarından, kitabxana və hovuzdan sanitariya və gigiyena qaydalarına riayət olunmaqla və sosial məsafə gözlənilməklə, habelə istifadəçi sayı məhdudlaşdırılmaqla istifadə edilə bilər.”.
1.14. 5.2-ci bəndin ikinci cümləsində “etməli və tibb müəssisəsi tərəfindən təhsil alanın xəstəxanaya yerləşdirilməsi təmin edilməlidir” sözləri “etməlidir” sözü ilə əvəz edilsin.
2. “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 22 yanvar tarixli 12 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2021, № 1, maddə 95) ləğv edilsin.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı yeni qərarlar qəbul edildi - RƏSMİ
Səfərbərliyə cəlb edilmiş tələbələrə güzəştlərlə bağlı QƏRAR
Bu sənədin qüvvəyə minmə müddəti uzadıldı
İlk dərslərdə mövzular nə olacaq?
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Vətənə həsr olunmuş ömür –şəhid Aydın Abdullayev
Qalibiyyət ruhlu xalq
Ukrayna Baydenin vəd etdiyi maliyyə yardımını ala bilməyib
Azərbaycan–BƏƏ Birgə Hərbi Əməkdaşlıq Komitəsinin ilk iclası keçirildi
Prezident sərəncam imzaladı - Bu gənclər mükafatlandırıldı - ADLAR
Bu il Bakıda mənzillərin qiyməti bahalaşacaq? - AÇIQLAMA
"Ərdoğanın Ermənistan üçün yardım xəbəri saxtadır" - Rəsmi açıqlama
İki BOKT-un vəzifəli şəxsi cərimələndi
Azərbaycan XİN Holokost qurbanları ilə bağlı paylaşım etdi
Azərbaycan və ABŞ arasında minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edildi
Bu gündən məktəblərdə qış tətili başlayır
Mir Şahin ANS-dən danışdı: Vahid Mustafayevə cavab
İki müsəlman ölkəsindən kömək istədilər: İrandakı rejimi birlikdə devirək
Türkmənistan və Hindistan arasında siyasi məsləhətləşmələr keçirildi
Səlim Müslümovla Vilyam Hacıyevin əmlakları satılır - 350 minlik mənzil, avtomobillər…
Özbəkistan Çinlə strateji tərəfdaşlığı müzakirə etdi
Bu şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyula bilər
Эта страна взлетит на воздух - Трамп
İrana xəbərdarlıq etdi: Bu, belə davam edə bilməz, təhlükə yaxınlaşır
Prezident Davosda “Dell Technologies” şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti ilə görüşüb
ABŞ Türkiyə ilə bağlı tarixi qərarı verdi
FHN müşahidə olunan kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu
Prezident Davosda “Euronews” televiziyasına müsahibə verib - FOTO
Abşeronda 20 Yanvar faciəsi qurbanlarının 36-cı ildönümü dərin ehtiramla yad edilib
20 Yanvar – Azərbaycan xalqının qanla yazılmış şərəf və qəhrəmanlıq tarixi
Azərbaycan xalqı 20 Yanvar şəhidlərini anır
İlham Əliyev 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Səkkiz NATO ölkəsindən Trampa sərt cavab: Qrenlandiya ilə bağlı hədələr qəbuledilməzdir
Almaniya hərbçiləri Qrenlandiyadan gözlənilmədən geri çağırıldı
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
Sakinlərə ŞAD XƏBƏR: Bu ərazilərdə kanalizasiya xətləri qurulacaq - RƏSMİ
Metroda böyük ölçülü yükə görə əlavə ödəniş alınır? - Açıqlama
Nəşriyyat qısa müddətdə boşaldılmalıdır, təmirin bitəcəyi vaxt bəlli deyil - AÇIQLAMA
Milli Qəhrəmanın qocalar evində vəfat etməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirildi
İsmayıllıda 5 kəndi təmin edən su anbarı quruyur? - AÇIQLAMA
Prezident daha 6 fərman imzaladı
Sosial şəbəkələrdə bu məlumatları paylaşmaq qadağan olundu
Ermənistan lideri: Rusiya və Türkiyə “Tramp Marşrutu”nda olmamalıdır
Türkiyə üç ölkə ilə ittifaq qurur? - Hakan Fidan açıqladı
Azərşəkər"in rəhbəri və iş adamlarının məhkəməsi başladı
ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yaydı: İranı dərhal tərk edin -
Bakının təhvil verdiyi erməninin arvadı danışdı - “İnana bilmirəm”
Yeni Klinikada xəstənin ölümündə təqsirli bilinən həkimin məhkəməsi başlayır
Millimiz İrəvandakı Avropa çempionatına qatılmaqdan imtina etdi - FOTO
İdman zalında qəfil ölümlər - Azərbaycanda və dünyada məşhur simaların faciəli taleləri
“Qarabağ” UEFA reytinqində əmsalını artırdı
“Qarabağ” bu gün “Kopenhagen”ə qarşı - Saatlar qaldı
III MDB Oyunlarında Azərbaycanın bayraqdarları - FOTO
Formula 1 Azərbaycan: sərbəst yürüş başladı
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi