sedanews.az
sedanews.az

Bağırova Zoya Mirzoyevna 72 yaşında dünyasını dəyişmişdir

30-03-2021, 13:25 105 dəfə baxılıb

Nekroloq

11 mart 2021-ci il tarixdə Quba rayon Zaur Cəfərov adına  3 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Bağırova Zoya Mirzə qızı 72 yaşında dünyasını dəyişmişdir.
Bağırova Zoya Mirzoyevna ömrünün 50 ilini şagirdlərin təlim-tərbiyəsinə, onların vətəndaş kimi formalaşmasına sərf etmişdir. Zoya müəllimənin yetişdirdiyi şagirdlərin əksəri hazırda respublikamızın ictimai-iqtisadi və mədəni həyatında ümdə rol oynayır, dövlətçilik işinə dərin ehtiram ifadə edirlər. Bu gün də Quba ictimaiyyəti onların həyatında önəmli rol oynadığı üçün ilk növbədə, Zoya müəlliməyə, onun yetişdirdiyi insanlara minnətdarlıq bildirir.
Həyat vəfa etmədi, Zoya müəllimə uzun sürən ağır xəstəlikdən sonra vəfat etdi. Onun xatirəsi əbədi olaraq doğmalarının, onu tanıyan, şəxsiyyətinə hörmət edən hər kəsin qəlbində daim əziz olacaq.
Allah rəhmət eləsin!

Dərin ehtiramla:
«Haqqın sədası-press» qəzeti və «Səta TV»-nin redakisya kollektivi 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA