Yeni tədris ili ilə əlaqədar olaraq uşaqların məktəbə qayıtmağa hazırlaşdığı bir dövrdə virusun ötürülməsini minimuma endirmək üçün tədbirlərin görülməsi hərzamankından daha böyük və həlledici əhəmiyyət kəsb edir.
Milli.Az bildirir ki, bu barədə ÜST və UNICEF-in Azərbaycandakı Nümayəndəliklərinin birgə məlumatında bildirilib.
"ÜST və UNICEF-in bəyan etdiyi kimi, bu tədbirlərə müəllimlər və digər məktəb işçilərinin peyvəndlənməyə əlçatanlığın təmin edilməsi, eləcə də sinif otaqlarının daha yaxşı havalandırılması, siniflərdə daha az şagird sayı, fiziki məsafənin gözlənilməsi, məktəb əməkdaşlarının virusa qarşı müntəzəm yoxlanılması və valideynlərin təhlükəsizlik tədbirləri haqda davamlı məlumatlandırılması kimi tədbirlər vasitəsilə məktəb mühitinin təhlükəsizlik standartlarına uyğunluq baxımından yaxşılaşdırılması daxildir.
Peyvəndlənmə, "Delta" variantı da daxil olmaqla, virusdan ən yaxşı və sürətli qorunma üsullarından biridir. Müəllimlər və digər məktəb işçilərinin peyvəndlənməsi bu il mövcud olan bir üstünlükdür ki, bunun sayəsində məktəblər daha təhlükəsiz məkan olacaqdır.
İki ilə yaxındır ki, COVID-19 pandemiyası ilə yaşayırıq və məktəblərin təhlükəsiz şəkildə yenidən açılması ümdə prioritetə çevrilib. Məktəblərin qapanması uzun müddətli dövrdə böyük mənfi təsirlərə səbəb olur və buna bəraət qazandırmaq çətindir. Hamımız uşaqlarımızın gələcəyini qorumaq naminə məktəblərin təhlükəsiz şəkildə yenidən açılması üçün çalışmalıyıq. Ümumdünya Səhiyyə Təşkilatı, Azərbaycan da daxil olmaqla, ölkələrə COVID-19 riski və virusun fərqli variantlarının yayılmasını minimuma endirmək üçün tədbirlər görərkən məktəbləri açıq saxlamağı təkidlə tövsiyə edir. Məktəblərin yenidən açılmasında mühüm rol oynayan milli vaksinasiya strategiyasının həyata keçirilməsində yerli tərəfdaşlarımızı dəstəkləyirik"- deyə ÜST-nin Azərbaycandakı nümayəndəsi Dr. Hande Harmancı bildirib.
"Pandemiya məktəblərin qapanmasının uşaqlar üçün böyük mənfi təsirlər göstərdiyini nümayiş etdirməklə yanaşı, məktəblərin uşaqların təhsili, psixi sağlamlığı və sosial bacarıqları baxımından da əhəmiyyətli rol oynadığını sübuta yetirdi. Uşaqlar və gənclər təhsillərinə bir il də fasilə verilməsi riski ilə üzləşməməlidirlər. Sentyabrın 15-də məktəblərin təhlükəsiz şəkildə açılmasını təmin etmək və uşaqların məktəbin təqdim etdiyi imkanları əldən verməmələri üçün UNICEF Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edir", - deyə UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Aleks Haykens bəyan edib.
Hazırda, UNICEF-in Azərbaycandakı Nümayəndəliyi Azərbaycanın seçilmiş on rayonunda təlimi bərpa etmək məqsədlə uşaqlara ünvanlı dəstək vermək üçün Təhsil Nazirliyi ilə əməkdaşlıq edir. Proqram yeni dərs ilində geri qalmamaları üçün uşaqlara əlavə tədris şəklində dəstək, müəllimlərə isə mentorluq dəstəyi nəzərdə tutur. Uşaqlar və müəllimlərə psixi sağlamlıqla bağlı və psixo-sosial dəstək həm UNICEF, həm də ÜST üçün davamlı prioritetlərdən biri olacaq.
UNICEF və ÜST-ün Azərbaycandakı Nümayəndəlikləri ölkədə bütün uşaqların məktəblərə təhlükəsiz qayıdışı naminə valideynlər, müəllimlər və şagirdlər üçün bütün zəruri məlumatlar da daxil olmaqla birgə "Məktəbə qayıdış" kampaniyası üçün Təhsil Nazirliyinə, eləcə də yerli səhiyyə qurumlarına birgə dəstək verəcək.
Milli.Az


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycanda 31 nəfərdə “Delta” ştammı aşkarlandı
Məktəb psixoloqları üçün ixtisasartırma təlimlərinə start verildi
5 min valideyn övladını məktəbə göndərməkdən imtina etdi
Müəllimlər məktəbə çağırılır: dərslər başlaya bilər?
Bu şəxslər pulsuz internetlə təmin oluna bilər - RƏSMİ AÇIQLAMA
Əvəz Zeynallı kimdir və onun haqqında həqiqətlər
Hövsanda sakinlərin sualı: Bələdiyyə haradadır?
“Bu torpaq uğrunda ölən varsa, Vətəndir...” — Şəhid Əli Nəcəfovun qəhrəmanlıq yolu
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Qalibiyyət ruhlu xalq
Sabah Bakıda yağış, rayonlara qar yağacaq
1800-ə yaxın azərbaycanlı ölümündən sonra orqanlarını bağışlayacaq
Nazir: Müəllimlik peşəsinin əsas missiyası həm də savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Müəllim – gələcəyə yol göstərən işıq
Əziz dostum, sirdaşım Əvəz Zeynallıya vida
Ərdoğan Türk dövlətlərini Əməkdaşlıq Günü münasibətilə təbrik etdi
Prezidentdən "Bakı Metropoliteni" ilə bağlı FƏRMAN
Misir Mərdanov "Şərəf" ordeni ilə təltif edildi
Ermənistanda saxlanılan Azərbaycan əsgəri ilə bağlı ikinci cinayət işi açıldı
Vüqar Bayramov: "Pensiyaların indeksləşdirilməsi diferensial həyata keçiriləcək"
Sumqayıtdakı məktəbdə zəhərlənənlərin sayı 21-ə çatdı - Təfərrüat
İlham Əliyev: Bizə əfsanə yaratmaq lazım deyil
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edir (FOTO)
Pensiyalarla edilən dəyişiklik İZAH OLUNDU
Leysan, sel, daşqın olacaq - Əhaliyə xəbərdarlıq
Ürəyinizə yaxşı baxın
Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ
Milli Məclis Anım Günü ilə bağlı bəyanat qəbul edib
Bakıda "ADEX-2026" və "Securex Caspian" sərgiləri işə başlayıb
Bu gün Cəbrayıl, Xocalı, Xocavənd öz sakinlərini qarşılayacaq
Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq
Azərbaycan Belarusa yemiş tədarükünü bərpa edib
Rusiya Azərbaycana və Aİİ ölkələrinə nağd rublun çıxarılmasını məhdudlaşdırıb
İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Bakıya gələn sərnişində 4 milyon manatdan artıq dəyərdə brilyant aşkarlanıb (FOTO)
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib (FOTO/VİDEO)
Azərbaycan nefti dəyər itirdi
Bu il 29 nəfər çimərkən, ümumilikdə isə 59 nəfər boğulub - FHN
Qızıl və gümüş ucuzlaşdı
Pensiyaçılara və aztəminatlı ailələrə ŞAD XƏBƏR
Azərbaycanlı biznesmen 106 milyard dividend götürüb
Əvəz Zeynallı vəfat etdi
Rəcəp Tayyib Ərdoğan İlham Əliyevə zəng etdi
Bakıda yeni avtomobil tuneli tikiləcək - VİDEO
Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
Meloni: "Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm"
İmişli Şəkər Zavodunda yanğın olub
Azərbaycanda 2,5 milyon insan xəstələnib
Dizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA
"Formula 1" üzrə Azərbaycan Qran-prisi BAŞLADI
Formula 1-ə görə yollarda ilk məhdudiyyət sabahdan tətbiq olunacaq
Azərbaycan cüdoçusu Fərid Rzazadə Ekvadorda dünya çempionu olub
Azərbaycan UEFA reytinqində 26-cı yerdə qərarlaşıb
Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı Sərəncam imzalandı
Bu gün UFC Fight Night Baku keçiriləcək
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
Putin Təhlükəsizlik Şurasını təcili topladı
Ukraynada müharibə 2027-ci ildə başa çata bilər - Proqnoz