sedanews.az
sedanews.az

MKİ əfsanəvi musiqiçidən necə istifadə edib – Şok faktlar

14-09-2021, 14:39 252 dəfə baxılıb

MKİ əfsanəvi musiqiçidən necə istifadə edib – Şok faktlar



Məşhur caz musiqiçisi Lui Armstronqun 1960-cı ildə ABŞ Dövlət Departamenti tərəfindən təşkil olunan Afrika turnesi zamanı özünün də xəbəri olmadan MKİ tərəfindən gizli əməliyyatlara cəlb olunduğu ortaya çıxıb.
Bu barədə iddianı MKİ-nin 50-60-cı illərdə Orta və Şərqi Afrikadakı fəaliyyətlərini ortaya çıxaran “Ağ pislik” kitabının müəllifi və London Universitetinin araşdırmaçısı Süzan Uilyams səsləndirib.
Uilyams Lui Armstronqun Afrikada necə istifadə edildiyini izah edib.
“Armstronq MKİ üçün bir “Troya atı” idi. Bu, həqiqətən də çox kədərlidir. Özü bilsəydi, dəhşətə gələrdi”, - müəllif bildirib.
Onun sözlərinə görə, Armstronqun Konqoda qaldığın evin sahibinin əsl kimliyi belə ondan gizlədilib. Ev sahibi kimi göstərilən şəxs əslində MKİ-nin Konqo bölməsinin rəhbəri Larri Devlin imiş.
Həmin turnedə olan digər kəşfiyyatçılar Armstronqdan zəngin faydalı qazıntıları olan və ölkədən yeni ayrılan Katanqa əyaləti ilə əlaqələr qurmaq üçün də istifadə ediblər. Uilyams bu məlumatları BMT arxivlərindən əldə etdiyini deyib.
“Armstronq olmasaydı, MKİ rəsmilərinin 1500 ton urana malik olan Katanqa mədən sənayesinin yüksək vəzifəli şəxsləri ilə görüşləri baş tutmayacaqdı”, - Uilyams bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA