sedanews.az
sedanews.az

Azad edilmiş hər bir rayonda kəndlərin bərpası ilə bağlı işlərə artıq start verilmişdir

6-05-2022, 17:16 302 dəfə baxılıb


    Vətən müharibəsinin başlamasından 2 il ötür. Tarix üçün qısa olan bu müddətdə rəşadətli Azərbaycan ordusunun döyüş meydanında qazandığı uğurlar azad edilmiş ərazilərimizin bərpası istiqamətində aparılan işlərdə də əks olunur. Müharibə bitər-bitməz ərazilərin bərpasına başlandı. Çox qısa müddətdə Qarabağın qapısı adlanan Fizulidə yeni hava limanının tikilməsi, işğaldan azad edilən ərazilərdə bir sıra infrastruktur layihələrinin həyata keçirilməsi, o cümlədən elektrik enerjisi ilə təminat və yol infrastrukturunun yenidən qurulması olduqca təqdirəlayiqdir. Bütün bunlar onu göstərir ki, işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı Azərbaycan dövləti üçün perioritet məsələdir. 
Vətən müharibəsi başa çatdıqdan cəmi bir neçə ay sonra Qarabağın elektrik enerjisi zəncirinin əsas hissələrini təşkil edən 8 meqavat gücündə “Gələbird” Su Elektrik Stansiyası, 110/35/10 kilovoltluq Şuşa, Füzuli və Şükürbəyli yarımstansiyalarının işə salınmasının göstəricisidir. Cəbrayıl rayonu ərazisində yerləşən “Xudafərin” və “Qız qalası” hidroqovşaqları və su elektrik stansiyaları ilə bağlı işlər yekunlaşmaq üzrədir. 
Artıq azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işlərinə başlanılmışdır. Bərpa-quruculuq işlərinin həyata keçirilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait də ayrılmışdır. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə quruculuq - bərpa və abadlıq işlərinin aparılması, habelə təhlukəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artırılmasının dəstəklənməsi məqsədilə Qarabağ Dirşəliş Fondu da təsis olunmuşdur. Fondun yaradılmasında əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abaqlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsidir. 
    Ümumiyətlə, işğaldan azad olunmuş ərazilərin bərpası Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapmışdır. Bu məsələnin növbəti illərdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetdən biri olaraq müəyyən edilməsi ölkə rəhbərliyinin məsələyə böyük əhəmiyyət verdiyini təsdiqləyir. Bununla bağlı Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın işğaldan azad olunmuş ərazilərin bərpası ilə əlaqədar böyük planı var: “Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik”. 
   “Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizin bərpasını və yenidən qurulmasını strateji vəzifə kimi müəyyən edib və bu prosesdə müasir innovativ yeniliklərin tətbiq edilməsini əsas hədəflərdən biri kimi irəli sürüb. Bu istiqamətdə görülən işlər artıq dünya mediasının da diqqət mərkəzindədir. 
Oktyabrın 20-də Zəngilanın işğaldan azad olunmağının  ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanımı Mehriban Əliyeva Zəngilana səfər ediblər. Səfər zamanı Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə, Zəngilan Beynəlxalq Hava limanının tikintisi ilə, Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanış olublar, “Azərişıq” ASC-nin Zəngilan Rəqəmsal Yarımstansiyasının təməlqoyma mərasimində və 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyasının açılışında iştirak ediblər. Eyni zamanda, Prezident və xanımı Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşüblər. 
Azərbaycan hökuməti bərpa işlərinin həyata keçirilməsində ağıllı texnologiyalardan da istifadə etməyi planlaşdırır. Bununla bağlı, işğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər”, ağıllı kənd” konsepsiyalarını həyata keçirəcək. Xatırladaq ki, birinci belə layihə Zəngilan rayonunun Üçüncü Ağalı kəndində reallaşdırılacaq. Prezident İlham Əliyevin iştirakı ilə layihənin icrasına artıq başlanılmışdır. Kənddə layihənin icrasının 5 komponent üzrə aparılacağı bildirilir. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alterativ enerji sahələridir. Ərazidə tam təcrid olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi planlaşdırılır. Həmin kəndlərdə məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu yaradılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. 
    Bu gün qürurla deyə bilərik ki, qaçqın və məcburi köçkünlərin 30 illik həsrətlərinə və əziyyətlərinə son qoyulub. Ərazilərin sürətlə bərpa olunması və müharibədən əvvəl orada yaşamış bütün insanların doğma yurdlarına qayıtmaları üçün işlər aparılır. İnanırıq ki, tezliklə 30 illik həsrət sona çatacaq, sönmüş ocaqlarda həyat yenidən qaynayacaq.

                                                                Suraxanı rayon 87 nömrli tam orta məktəbin
                                                                 direktoru Elmira Ələkbərova







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA