XİN: "Laçın yolunun başlanğıcında sərhəd-nəzarət keçid məntəqəsi yaradılması labüddür"
REAL xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistan XİN-in ölkəmiz əleyhinə 8 mart tarixli saxta və yalan dolu bəyanatına dair şərhində yer alıb.
Bildirilib ki, Ermənistan tərəfinin Azərbaycana qarşı təcavüz siyasətinin və qeyri-qanuni əməllərinin qarşısının alınması məqsədilə, Laçın yolunun başlanğıcında sərhəd-nəzarət keçid məntəqəsi yaradılması labüddür:
"Azərbaycan bundan sonra da öz milli maraqlarının və təhlükəsizliyinin müdafiəsi məqsədilə bütün lazımi tədbirləri görməyə davam edəcək".
