sedanews.az
sedanews.az

27 SENTYABR -ANIM GÜNÜDÜR

27-09-2023, 12:17 228 dəfə baxılıb

   Bu gün üç il bundan əvvəl şanlı ordumuzun Ali Baş Komandanın rəhbərliyi ilə aparılan hərbi yürüş 44 günə şərəflə zəfər qazandı. 
   27 sentyabr -  məhz bu tarixdən başlanan hərbi  səfər vuruşu Vətənimizə qarşı törədilən çirkin cinayətin kökünə balta çaldı!
   Milli qürurumuzun, döyüş  ruhumuzun qətiyyətliyi xalqımıza alın açıqlığı, üz ağlığı bəxş etdi. Möhtəşəm Qələbə zəfərinə başlanğıc oldu...
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə Qələbə müharibəsinin başlandığı 27 sentyabr günü Anım Günü təsis edilmişdir.
   2020-ci il sentyabrın 27-dən noyabrın 10-na qədər davam edən İkinci Qarabağ müharibəsində əsgər və zabitlərimizin, şəhid olmuş qəhrəmanlarımızın şərəfli Anım Günü!
Şanlı ordumuz 44 gün davam edən qanlı müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı, 8 noyabrda Şuşa şəhərini azad etmişdir.
   Həmin il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları düşməndən boşaldılmışdır. Azərbaycan doğma tarixi torpağlarına sahib olmuşdur.
Bu günlərin qürurlu hadisələri;
   Azərbaycan 24 saat davam edən ildırımsürətli, anti-terror əməliyyatlı hərbi stratejı döyüşü ilə bir daha nümayiş etdirdi ki, qələbə əzmini qoruyub saxlamaq və daha da artırmaq üçün siyasi və hərbi potensialı həmişə var. Beləliklə o tükənməzdir və davamlı inkişafdadır.
   Azərbaycan xalqı dəyanəti və rəşadətilə bütün dünyaya sübut etdi ki, onun yenilməz Qələbə əzmi, qazanılan zəfər daim və əbədi yaşayacaqdır!
                                                                                     Baqir Cəfərli






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA