sedanews.az
sedanews.az

Azərbaycan xüsusi təyinatlılarının Türkiyədə qatıldığı beynəlxalq təlimlə bağlı brifinq keçirilib

17-11-2023, 15:03 176 dəfə baxılıb

  Türkiyənin Marmaris şəhərində keçirilən “Doğu Akdeniz - 2023” beynəlxalq təlimində noyabrın 17-də iştirakçılara brifinq təqdim edilib.
   Bu barədə REAL-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
   Bildirilib ki, brifinqdə təlimin məqsədi, keçiriləcəyi ərazi, eləcə də ssenarisi, qarşıya qoyulan tapşırıqlar və icra olunacaq fəaliyyətlərlə bağlı məlumatlar verilib.
   Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz Xüsusi Təyinatlılar dəstəsinin bir qrup şəxsi heyətinin də iştirak etdiyi təlimdə müxtəlif epizodlar üzrə tapşırıqlar yerinə yetiriləcək.
   Qeyd edək ki, beynəlxalq təlim noyabrın 25-dək davam edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA