Sizin reklam burada728x90
Son dəqiqə:
» » Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndidəki ofisi bağlandı

Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndidəki ofisi bağlandı

08.04.2024, 12:12 Gündəm Çap et

  Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndidəki (BQXK) ofisi bağlanıb.
Bu barədə Ermənistanın İctimai Televiziyasına BQXK-nın İrəvan üzrə kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni məlumat verib.
  Onun sözlərinə görə, ofis Bərdəyə köçürülüb.
“Bərdədəki ofisə humanitar məsələlərlə, məsələn, Qarabağda yaşayan ermənilərin işləri ilə məşğul olacaq əməkdaşlar qoşulacaqlar”, - deyə Z.Amatuni əlavə edib.