sedanews.az
sedanews.az

Elmir Vəlizadə: Kadr hazırlığı olmadan texnoloji inkişaf fayda verməyəcək

6-06-2024, 11:46 179 dəfə baxılıb

  © APA | Prezident Administrasiyasının sektor müdiri Elmir Vəlizadə
“Fevralda seçkilər vaxtı bütün dövlət qurumlarına kiberhücumlara qarşı diqqətli olmaq tapşırıldı.    Sevinirik ki, seçkilər yüksək səviyyədə keçirildi və ölkəmiz üçün uğurlu oldu”.
  "APA-Economics" xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının sektor müdiri Elmir Vəlizadə Dövlət Qurumlarının IT Rəhbərlərinin IV Zirvə Toplantısında deyib.
  “İkinci Qarabağ müharibəsi və lokal xarakterli antiterror tədbirləri zamanı da texniki vasitələr sayəsində minimum itkilərlə çıxdıq. Texnoloji inkişafa nail olmaq üçün dövlət siyasəti yetərli deyil.     Burada vacib məsələlərdən biri kadr hazırlığıdır. Kadr hazırlığı olmadan texnoloji inkişaf fayda verməyəcək. Bu istiqamətdə son 1-2 ildə böyük inkişaf mövcuddur. Son illərdə minlərlə Azərbaycan gənci təlimlərdən keçib. Dövlət və özəl sektor, cəmiyyət bu sürət və inkişafa hazır olmalıdır, əks halda geridə qalacağıq. Biz isə geridə qala bilmərik. Biz İkinci Qarabağ müharibəsi zamanı sarsılmaz olan elə daşları tərpətdik ki, bizdən əl çəkməyəcəklər. Biz hərtərəfli hazır olmalıyıq. Texnoloji inkişafa nail olmasaq, on minlərlə azərbaycanlı bu işlərə cəlb olunmasa, biz geridə qala bilərik. Bütün qurumlar bunu vəzifə kimi bilməlidir.
  Dövlət qurumlarından xahişimiz və tələbimiz budur ki, bundan sonrakı fəaliyyətdə daha da səfərbər olmalısınız”, - Elmir Vəlizadə vurğulayıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA