sedanews.az
sedanews.az

İki nəvəsini öldürüb intihar edən qadın: O, həftəsonları Sumqayıtdakı digər övladının yanına gedib...

30-01-2020, 15:45 31 dəfə baxılıb

İki nəvəsini öldürüb intihar edən qadın: O, həftəsonları Sumqayıtdakı digər övladının yanına gedib...


Dünən axşam saatlarında Bakıda baş verən dəhşətli hadisə bu gün ölkə gündəmində müzakirə olunur. Belə ki, 57 yaşlı nənə Nina Allahverdiyeva nəvələri - altı yaşlı Alsu və iki yaşlı Maratı boğaraq öldürüb, sonra isə özünü asaraq intihar edib.
Qafqazinfo-nun əməkdaşları bu gün hadisə baş verən ərazidə olublar.
Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşən binanın həyətində tam sakitlik idi. Qonşular, hər kəs dünənki kimi öz işində idi. Həyətdə hər hansı mağar və ya məclis qurulmayıb.
Bu faciəvi hadisənin yas məclisinin xərclərini rayonun başçısı Arif Qasımovun tapşırığı ilə icra hakimiyyəti öz üzərinə götürüb. Hazırda meyitlər morqda olduğu üçün uşaqların atası Vadim də oradadır. Onunla razılaşdırıldıqdan sonra ya binanın həyətində mağar qurulacaq, ya da ərazidəki mərasim evlərinin birində yas məclisi təşkil olunacaq.
Dünən isə Vadim səhər saat 11-də uşaqları evdə nənəsi ilə qoyaraq işə gedib və axşamüstü saat 17 radələrində evə gəlib. Lakin qapının bağlı olduğunu və nənənin qapını açmadığını görərək, açar yerini sındırıb və içəri daxil olub. Hazırda da qapı həmin vəziyyətdə qalır.
Uşaqların anası, 35 yaşlı Allahverdiyeva-Pikulo Liliya Tofiq qızı isə həmin vaxt orada olmayıb.

Liliya həyat yoldaşı Vadimlə 2012-ci ildə ailə həyatı qurub. Qonşularla söhbətdə o da məlum olub ki, ailə 6-7 ay öncə binadan ev alaraq təmir etdirib və bura köçüb.
Nənə Nina hər gün uşaqları həyətə düşürüb gəzdirirmiş. Ümumilikdə, ailə üzvləri mədəni və sakit insanlar olublar. Onlar nənənin hərəkətlərində hər hansı əsəbilik, psixoloji problem hiss etməyiblər. O, həftəsonları Sumqayıtdakı digər övladının yanına gedib, orada qalırmış.
Həftəiçi isə valideynlər işə getdiyi üçün gəlib qızı Liliyanın uşaqlarına baxırmış. Ailə bundan öncə də Sumqayıtda yaşayıb. Onlar metis etnik qrupuna aiddirlər. Rus əsilli nənə Nina Allahverdiyevanın əri Tofiq azərbaycanlı olub.
Qonşular isə hələ də nənənin belə bir hadisəni törədəcəyinə inanmadıqlarını, bu işdə üçüncü bir şəxs tərəfindən cinayət əməlinin ola biləcəyini ehtimal edirlər.
Pikulo ailəsi binanın ikinci mərtəbəsində yaşayıb, onların mənzilinin üstündəki evin pəncərəsində blokun girişini çəkən kamera quraşdırılıb. Bütün bunları isə istintaq araşdırıb, fərziyyə və şübhələrə son qoyacaq nəticəni ictimaiyyətə açıqlayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA