sedanews.az
sedanews.az

Azərbaycanda 99 lokal sürüşmə zonası təsbit edilib və xəritələnib

17-01-2023, 12:49 364 dəfə baxılıb

   "Ölkə ərazisində 99 lokal sürüşmə zonası təsbit edilib və xəritələnib. Onlardan 42-si davamlı monitorinqə cəlb edilir".
REAL xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev jurnalistlər üçün keçirilən brifinqdə deyib.
  O bildirib ki, il ərzində vətəndaşlardan sürüşmələrlə bağlı 300-dən artıq müraciət qəbul edilir:
  "Paytaxt ərazisində sonuncu monitorinq dünən həyata keçirilib. Hazırda vəziyyət stabildir. Ölkə ərazisində sürüşmə hadisələrinin dinamikası azalıb. Son illərdə sürüşmə ərazilərində istinad divarları tikilməkdədir. Qaraçuxurda bu yolla demək olar ki, sürüşmələrin qarşısı alınıb. Badamdar ərazisində də istinad divarlarının inşası prosesi davam etdirilir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA