sedanews.az
sedanews.az

Goranboyda sel 20 evə, 200 hektar əkin sahəsinə zərər vurub

9-06-2024, 21:14 134 dəfə baxılıb




Goranboyda selin yaratdığı fəsadlar aradan qaldırılır.
REAL məlumat verir ki , rayonun İcra Hakimiyyətinin rəhbər şəxsləri və digər qurumların əməkdaşları tərəfindən selin ziyan vurduğu bütün ərazilərə sakinlərlə birlikdə baxış keçirilib.
Elektrik enerjisi verlişi və təbii qaz təminatı bərpa olunub, yolların və sel ötürücü kanalların bərpası isə davam etdirilir.
Qeyd edək ki, sel nəticəsində 20-yə yaxın fərdi yaşayış evi və həyətə su dolub, 200 hektara yaxın əkin sahəsinə, Qazanbulaq qəsəbəsi ərazisində isə Kürəkçay çayı üzərində yeni inşa edilmiş beton körpüyə ziyan dəyib.
Hazırda aidiyyəti qurumların əməkdaşları tərəfindən fəsadların tam aradan qaldırılması istiqamətində işlər davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA