Sizin reklam burada728x90
Son dəqiqə:
» » SOCAR-ın dəniz obyektlərində təhlükəsizlik tədbirləri gücləndirilib

SOCAR-ın dəniz obyektlərində təhlükəsizlik tədbirləri gücləndirilib

30.03.2023, 11:49 İqtisadiyyat Çap et

   Martın 30-u səhərdən aprelin 1-i axşam saatlarınadək hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəniz obyektlərində və digər müəssisələrində təhlükəsizlik tədbirləri gücləndirilib.
   Bu barədə REAL-a SOCAR-dan məlumat verilib.
Bildirilib ki, istehsalat sahələrində mövcud hava şəraitində təhlükə yarada biləcək işlər mümkün qədər məhdudlaşdırılıb.
   Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, martın 30-dan başlayaraq aprelin 1-i axşamadək ölkə ərazisində hava şəraitinin kəskin dəyişərək qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi, yağıntılı olacağı, yağıntıların bir sıra ərazilərdə intensiv olacağı, şimşək çaxacağı proqnozlaşdırılır.