sedanews.az
sedanews.az

Paşinyanın Rusiya kanalında rüsvayçılığı

16-10-2020, 10:42 468 dəfə baxılıb

Paşinyanın Rusiya kanalında rüsvayçılığı


Nikol Paşinyanın “Rossiya Seqodnya”nın baş direktoru, məşhur jurnalist Dmitri Kiselyova müsahibəsinə baxıram. Əvvəldə dediyi bir sözdən doğrudan heyrətə gəlməmək mümkün deyil.
Paşinyan sınıq-salxaq, söz bazası olmayan və primitiv ruscası ilə cidd-cəhdlə Azərbaycan tərəfdə suriyalı muzdluların döyüşdüyünü, üstəlik, bu savaşın arxasında Türkiyənin durduğunu “sübut etməyə” çalışır.
Arqumenti isə budur: “Ona görə ki, Azərbaycan Ordusu təkbətək “Dağlıq Qarabağ ordusu" ilə döyüşmək imkanına malik deyil”.
Dağlıq Qarabağda, Ermənistanın təqdim etdiyi rəsmi statistikaya görə, 139 min adam yaşayır. Ermənistan QHT-lərinin açıqladığı real rəqəmlərə görə isə Azərbaycanın işğal edilmiş ərazilərində cəmi 65 min erməni var.
Bu, Azərbaycanın ən kiçik rayonunun əhalisi qədərdir.
Rədd edək bu “dqr”i, heç bir “dqr” hətta şərti olaraq da mövcud deyil. Ermənistan baş nazirinin öz oğlu belə hərbi xidmət keçmək üçün Qarabağa göndərilirsə, hansı “dqr” və “dqr ordusundan” söhbət gedə bilər?
Götürək Ermənistanı: bu xarabada rəsmi statistikaya görə 2,8 milyon, real olaraq isə 2 milyon əhali yaşayır.
Azərbaycanda 10 milyon əhali var - ən pis rəqəmlərdə belə bu, 8 milyondan aşağı deyil!
Ermənistanın bütövlükdə dövlət büdcəsi 3,8 milyard dollardır və bu büdcə hər zaman kəsirdə - 3,5 milyard - qalır!
Azərbaycanın dövlət büdcəsi 16 milyard dollar civarındadır!
Ermənistanın illik hərbi büdcəsi 600 milyon dollardan da azdır, Azərbaycanın hərbi büdcəsi isə 2,3 milyard dollardan artıqdır. Azərbaycan yalnız bu il Ermənistanın bütövlükdə hərbi büdcəsindən bir az artığını yalnız silah alışı üçün ayırıb. Yalnız bu il!
Buna qədər isə bəzi illərdə hətta bu rəqəm 4-5 milyarda çatıb!
Azərbaycan dünyanın müxtəlif ölkələrindən ən müasir silahlarla öz ordusunu təmin etmək üçün artıq 15 ildir durmadan milyardlar xərcləyir.
Ermənistan isə yalnız Rusiyadan pulsuz silahlar alır.
Azərbaycanın ehtiyatı 53 milyard dollardır, Ermənistanın isə 2,2 milyard.
Azərbaycan ehtiyatda olanları çağırmaqla adi səfərbərlik edərsə, 3 gün müddətində 600 minlik ordu toplamaq gücündədir.
Ermənistan nəinki adi və ya qismən, total səfərbərlik elan etsə belə, 200 mindən artıq əsgər toplaya bilməz.
Azərbaycan aylarla deyil, illərlə müharibə aparmaq gücündədir: büdcəsindən 4 dəfə artıq ehtiyatları var.
Ermənistanın ehtiyatları büdcəsinin yarısı qədərdir. Yəni ən uzağı 6 aydan sonra bu ölkə acından öləcək.
Və ən əsası: biz öz torpağımız üçün savaşırıq, ermənilər işğal üçün.
Yəni dünya doğrudanmı bu yalanlara inanır və yaxud inanmaq üçün sinov gedir? Bu rüsvayçı yalana necə inanmaq olar ki?
Ümumiyyətlə, Paşinyan özü qanırmı nə danışır? Özü-öz yalanına inanırmı? İnsan bu qədərmi absurd düşüncə sahibi olar bilər ki, bu yalana özünü inandıra bilsin?






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA