sedanews.az
sedanews.az

İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi dəyişdi - Ermənistan narahatdır

2-12-2021, 15:09 314 dəfə baxılıb

İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi dəyişdi - Ermənistan narahatdır

"Ermənilər həmişə elə düşünüblər ki, sanki bütün dünya bunlara borcludur".
Bunu Milli.Az-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.

O bildirib ki, rəsmi İrəvan Rusiyanın Ermənistandakı təsirini minimallaşdırmaq üçün cəhdlər edir:
"Onların aləmində Rusiya və İran kimi dövlətlər öz milli maraqlarını bir kənara qoyub yalnız Ermənistana yardım etməlidirlər. 44 günlük müharibə zamanı, eləcə də postkonflikt dövründə Moskvanın obyektiv və rasional mövqeyi erməni cəmiyyətində anti-Rusiya ritorikasını daha da dərinləşdirib. Şübhəsiz, Paşinyan iqtidarı özü də bunda maraqlıdır. Qərbin təlimatları əsasında hərəkət edən hazırkı hakimiyyətin əsas hədəflərindən biri cəmiyyətdə Rusiyaya qarşı nifrət aşılamaqla gələcəkdə Rusiyanın Ermənistandakı təsirini minimallaşdıra bilməkdir. 
Son günlər İrəvan küçələrində İrana qarşı etirazlar da diqqəti cəlb edir. Düşünürəm ki, burada əsas nüans rəsmi Tehranın son davranışlarından qaynaqlanır. Belə ki, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Aşqabadda keçirilən XV zirvə toplantısında istər Azərbaycan və iran Prezidentlərinin təkbətək görüşü zamanı verilən mesajlar, istərsə də təbii qazın nəqlinə dair Azərbaycan, İran və Türkmənistan arasında imzalanan üçtərəfli saziş İrəvanda isterkaya səbəb olub. Hazırda Ermənistanı əsas narahat edən məqam İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyinin dəyişməsidir. Gedişat onu göstərir ki, bu məsələyə artıq fərqli mövqedən - Azərbaycanın maraqları prizmasından yanaşmağa üstünlük verəcək. Bu mənada, ilk baxışdan spontan təsiri bağışlayan küçə nümayişlərinin əslində Ermənistan hakimiyyəti tərəfindən süni təşkil edilmiş etiraz aksiyası olduğunu ehtimal edə bilərik".
Təhməz Əsədov
Milli.Az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA