sedanews.az
sedanews.az

Xalqın əksəriyyətinin dəstəyini qazanmış Prezident

7-04-2022, 15:53 198 dəfə baxılıb

                                Xalqın əksəriyyətinin dəstəyini qazanmış Prezident

     Ümummilli lider Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan gündən-günə inkişaf edir. 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərində səsvermə hüququna malik olan vətəndaşların 74.3 faizi seçkidə iştirak etmişdir. Azad, demokratik və şəffaf şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev səslərin – 86,02 faizini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak seçki təşkilatçılığının yüksək səviyyədə olduğunu qeyd edərək, vurğulamışdır ki, Azərbaycanda keçirilmiş prezident seçkiləri başqa ölkələrə nümunədir. Seçkilərdə yüksək texnoloji vasitələrdən istifadə olunur. Bu cür texnologiyalar İsrailin seçki sistemində istifadə olunmur.
Ukrayna parlamentinin nümayəndəsi Maksim Kuryaçiy isə səsvermənin demokratik prinsiplərə uyğun olduğunu qeyd edərək bildirmişdir ki, seçkilər zamanı hər hansı qanun pozuntuları, yaxud seçkiyə hər hansı kənar müdaxilənin şahidi olmamışıq. Seçkilər sadə və şəffaf keçirilib.
Azərbaycan xalqı həmişə olduğu kimi bu dəfə də doğru seçim etmişdir. 
Bu seçimin doğruluğunun sübutu olan ən başlıca amil torpaqlarımızın işğaldan azad olunması oldu. Əsası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti yekunda öz müsbət nəticəsini verdi. 27 sentyabr 2020-ci ildən 10 noyabr 2020-ci ilədək qısa müddət- 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoydu, xalqımız adını tarixə qalib xalq kimi yazdırdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd etmişdir: "İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan addımlar bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi”.
Bu böyük qələbəylə yanaşı, Azərbaycanda bütün sahələrədə islahatlar həyata keçirilir. Dünya Bankı Azərbaycanı ən islahatçı ölkə elan edib. Beləliklə, sözügedən dövlət proqramı qarşıda qoyulan əsas məqsədə, yəni iqtisadi inkişafın regional baxımdan tarazlığının təmin edilməsi, rayonlarda vətəndaşların sosial rifahı və həyat səviyyəsinin daha da yüksəldilməsi, ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun dinamik inkişafına yönəlmiş tədbirlərin ardıcıl və əlaqəli şəkildə həyata keçirilməsinə nail olub. Azərbaycanda neft strategiyasının hazırlanmasında, bu siyasətin gerçəkləşdirilməsində, infrastrukturun inkişafı ilə bağlı müxtəlif layihələrin hazırlanmasında, iqtisadi islahatların həyata keçirilməsində, ümumiyyətlə, Azərbaycan Respublikasının dünyaya inteqrasiyasında mühüm xidmətləri olan İlham Əliyev prezidentliyi dövründə demokratik, inkişaf etmiş hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla həyata keçirilməsinə nail ola bildi. Məhz onun fəaliyyəti nəticəsində Azərbaycanın son illərdəki inkişaf dinamikası digər illərdən əsaslı şəkildə fərqlənir. Azərbaycanda ötən 19 ilə yaxın dövr ərzində iqtisadi irəliləyiş, dövlətin iqtisadi potensialının artması ölkədə bütün sahələrin inkişafında öz əksini tapmışdır.

                                                                       Suraxanı Tibb Mərkəzinin direktoru 
                                                                                     Məmmədov Azər 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA