sedanews.az
sedanews.az

Emin Əmrullayev: “Təhsil sahəsində özəl sektorun payı 1 faizdən də azdır“

3-10-2022, 11:35 289 dəfə baxılıb

  "Azərbaycanda təhsil sahəsində özəl sektorun payı 1 faizdən də azdır".
REAL xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin rəsmi açılışı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
  O bildirib ki, təhsil ölkələr arasında əməkdaşlığı gücləndirir:
“Son iki ildə hər il Türkiyədən olan şagirdləri Azərbaycana dəvət edirik, onların Şuşaya səfərini təşkil edirik. Azərbaycanda özəl təhsil yeni anlayışdır. Bizim üçün təhsildə özəl sektorun rolunun artması vacibdir".
 İki ölkə arasında əməkdaşlıqdan danışan nazir əlavə edib ki, artıq Türkiyədə təhsil alan azərbaycanlıların sayı 28 mindən çoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA