sedanews.az
sedanews.az

Haaqa Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın növbəti tələbini rədd etdi

21-10-2022, 12:05 317 dəfə baxılıb


   Haaqa Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın növbəti tələbini rədd edib.
REAL-ın Avropa bürosu xəbər verir ki, bu barədə məlumatı Xarici İşlər nazirinin müavini Elnur Məmmədov Məhkəmənin paylaşdığı sənədə əsasən tvitterdə paylaşıb.
Nazır müavini biz, Haaqa Ədalət məhkəməsinin  Ermənistanın müvəqqəti tədbirlərin icrası ilə baglı  7 dekabr 2021-ci il tarixli Qərarında dəyişiklik edilməsi tələbini rədd edən qərarını alqışlayırıq.  Bu, beynəlxalq öhdəliklərimizə uyğun olaraq bütün erməni məhbuslarla humanist və ayrı-seçkilik olmadan rəftar etmək üzrə davam edən öhdəliyimizə uyğundur deyə bildirib. 
Xatırladaq ki, Ermənistan 16 sentyabr 2022 ci ildə Birləşmiş Millətlər Təşkilatının əsas məhkəmə orqanı olan  Haaqa Beynəlxalq Ədalət Məhkəməsinə,  məhkəmənin 7 dekabr 2021-ci il tarixli Qərarında iş üzrə müvəqqəti tədbirlərin icrasi ilə baglı qərarında dəyişiklik edilməsi barədə müraciət etmişdi. Məhkəmə isə onların bu istəyini redd etdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA