sedanews.az
sedanews.az

Bakıda Türk Dünyası II Meteorologiya Forumu keçirilir

15-11-2023, 12:11 166 dəfə baxılıb



 Bu il Azərbaycanda Ulu öndər Heydər Əliyevin 100 illiyinin qeyd olunması çərçivəsində silsilə beynəlxalq tədbirlər keçirilir. Bu tədbirlərdən biri də Türk Dünyası II Meteorologiya Forumudur.
Sedanews.az  REAL-a istinadən xəbər verir ki, Forum Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, BMT-nin İnkişaf Proqramının dəstəyi ilə Azərbaycanda iqlim dəyişmələrinə milli uyğunlaşma Planının hazırlanması çərçivəsində keçirilir. Forumda türkdilli ölkələrin ətraf mühit və iqlim dəyişmələri nazirləri, hidrometeorologiya xidmətlərinin rəbər şəxsləri, dövlət qurumlarının nümayəndələri və ekspertlər iştirak edir.
  Forumun keçirilməsində məqsəd iqlim dəyişmələri sahəsində əlaqələndirilmiş fəaliyyətin aparılması, ekstremal hava şəraiti ilə bağlı erkən xəbərdarlıq sisteminin qurulması üzrə təcrübə mübadiləsinin genişləndirilməsidir.
  Xatırladaq ki, 19 fevral 2021-ci il tarixində Türkiyənin Ankara şəhərində Türk Dünyası I Meteorologiya Forumu keçirilmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA