sedanews.az
sedanews.az

Vətəndaşların əmək hüquqlarının pozulması ilə bağlı cinayət işi başlanılıb

30-11-2023, 14:00 182 dəfə baxılıb


  Vətəndaşların əmək hüquqlarının pozulmasına dair daxil olmuş müraciətlər üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırmalar aparılıb.
  Baş Prokurorluğun mətbuat xidmətindən REAL-a bildiriblər ki, araşdırmalar zamanı “Xəzinə” hazırlıq kurslarının vəzifəli şəxsi tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 nəfərdən artıq şəxsin işə cəlb edilməsi, “ABB Limited” şirkətinin nümayəndəliyinin vəzifəli şəxsləri tərəfindən isə işçilərin əmək haqqının azaldılması məqsədilə iş saatlarının faktiki olduğundan daha az göstərilərək rəsmi sənədə bilə-bilə yalan məlumat daxil edilməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
   Həmin faktlar üzrə Cinayət təqibindən kənar icraatlar idarəsində Cinayət Məcəlləsinin 162-1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işləri başlanılaraq istintaq olunması üçün aidiyyəti üzrə müvafiq rayon prokurorluqlarına göndərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA