
Aidiyyəti qurumdan məsələyə münasibət bildirildi
Şikayətçimiz Rafiq Adıgözəlov bildirik ki, ona 2012-ci ildən xəstəliyi ilə əlaqədar olaraq ikinci qrup əlillik dərəcəsi təyin edilib. mütəmadi olaraq Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müayinələrdən keçən vətəndaşın sonuncu müayinəsi ötən ilin yanvarında təşkil olunub. Aprel ayında Komissiya tərəfindən gələn imtina cavabında əlillik təyin olunmayıb.səbəb kimi isə xəstənin aktiv süürcülük vəsiqəsinin diaqnozla uyğun olmaması göstərilib. 2014-cu ildən səhhəti ilə əlaqədar avtomobil idarə etmədiyini bildirən şikayətçi imtina cavabı aldıqdan sonra sürücülük vəsiqəsini ləğv etdirir.
Məsələyə aydınlıq gətirmək üçün Əmək və Əhalinin Sosial Müdafiyə Nazirliyi yanında dövlət tibbi və sosial reablitasiya nazirliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki,Sabirabad rayon sakini Adıgözəlov Rafiq Xəlil oğlunun əlillik müddəti 2021-ci ildə başa çatıb. Onun əlilliyinin təkrar qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən e-sistemə göndəriş daxil edilib.
“Əlillik” altisistemi son illərdə xeyli təkmilləşdirilib, bir sıra dövlət qurumlarının data bazaları bu altsistemə inteqrasiya olunub.Əlilliyin qiymətləndirilməsi zamanı müraciət edən şəxslərin həmin data bazalardakı məlumatları da analiz edilir.
Müvafiq qurumlara aid informasiya bazalarından alınmış məlumata əsasən R.Adıgözəlovun sürücülük vəsiqəsi aldığı müəyyən olunub ki, bu da onun sağlamlıq vəziyyətinin göndərişdə qeyd edilən diaqnoza uyğun olmadığını (halbuki həmin diaqnozla sürücülük etmək mümkün deyil), yaxud ötən dövrdə mövcud olmuş əlillik vəziyyətinin artıq aradan qalxdığını, reabilitasiya olunduğunu göstərir.
https://www.youtube.com/watch?v=RkMs_bXA0Zk
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.