Sizin reklam burada728x90
Son dəqiqə:
» » Temperatur 3-5 dərəcə enəcək

Temperatur 3-5 dərəcə enəcək

20.07.2022, 14:09 Sosial Çap et

   Bakıda və Abşeron yarımadasında həftə sonunadək küləkli hava şəraiti davam edəcək. Şimal-qərb küləyi 15-20 m/s, 20-22-də isə arabir 23-28 m/s olacaq.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, havanın temperaturu tədricən 3-5° aşağı enəcək.
   Azərbaycanın rayonlarında iyulun 22-si gündüz şimal və qərb rayonlarından başlayaraq 25-i gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.
Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s olacaq.
Çaylarda sululuğun artacağı ehtimalı var.
    Havanın temperaturu tədricən 3-5° aşağı enəcək.