Güclü leysan nəticəsində Ankara küçələrini sel suları basıb
Ankarada güclü leysan yağıb.
REAL Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhərin bir çox küçələrini sel basıb. Sel suları metro stansiyalarına da dolub.Leysan səbəbindən paytaxtın bir çox yerlərində nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Çoxlu sayda avtomobil yollarda qalıb.