sedanews.az
sedanews.az

Ərəb ölkəsi Türkiyə qarşısında geri çəkildi - Tarixi etiraf

9-06-2021, 11:07 20 dəfə baxılıb

Ərəb ölkəsi Türkiyə qarşısında geri çəkildi - Tarixi etiraf

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) artıq Türkiyə və İran kimi dövlətlərlə yaşanan gərginliyi sonlandırmaq və konstruktiv münasibətlər qurmaq niyyətindədir.
 Bu barədə “Faynənşl Tayms” nəşrinə adı açıqlanmayan BƏƏ rəsmiləri danışıb.
Bildirilib ki, koronavirus pandemiyası və bunun fonunda iqtisadiyyata dəyən fantastik məbləğdə zərərdən sonra BƏƏ administrasiyası Türkiyəyə yönəlik təxminən 10 illik siyasi xəttini köklü dəyişəcək.
Həmçinin ərəb ölkəsinin belə qərar verməsinə səbəb kimi bu yöndəki siyasi addımlarının faydasız olması da göstərilir.
Qeyd edək ki, 2011-ci ildə Misirdə hərbi çevirilişdən sonra Türkiyənin BƏƏ də daxil olmaqla, bir sıra ərəb ölkələri ilə siyasi münasibətlərində gərginlik yaranmışdı.
BƏƏ-nin Türkiyədəki 15 İyul hərbi çevriliş cəhdini dəstəkləməsi ilə bağlı 2017-ci ildə ortaya çıxan elektron poçt məlumatları da bu siyasi münasibətləri ən aşağı həddə endirdi.
Axar.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA