Sizin reklam burada728x90
Son dəqiqə:
» » Azərbaycanda mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq

Azərbaycanda mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq

06.11.2026, 12:15 Sosial Çap et

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq.
sedanews.az Oxu.Az-a istinadən xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək.
Həmçinin internetə çıxışın hansı üsulla təmin olunduğu da göstəriləcək. Provayderlərdən çəkilmiş telefon, kabel televiziyası və ya optik kabel vasitəsilə internetə qoşulan evlərdə "sabit çıxış", mobil telefon, data kart və USB modem vasitəsilə qoşulan evlərdə isə "simsiz çıxış" qeydi aparılacaqlar.
Qeyd edilənlər 2027-ci il yanvarın 1-dən tətbiq olunacaq.