sedanews.az
sedanews.az

"Ədalət hardadır?" – Haqqı tapdanan vətəndaşların səsi eşidiləcəkmi?

15-12-2025, 14:37

    
  Bu gün ölkəmizdə ən çox səsləndirilən, lakin bəzən cavabsız qalan suallardan biri də budur: Haqq haradadır? Ədalət kimə xidmət edir? Hüquqi dövlətdə yaşamağımıza baxmayaraq, bəzi məhkəmə instansiyalarında çıxarılan qərarlar vətəndaşların ədalətə olan inamını sarsıdır. 
    Redaksiyamıza müraciət edən Əlpənah Məmmədov adlı vətəndaşın ürək ağrısı ilə dolu şikayəti də bu reallığın bariz nümunəsidir. Onun sözlərinə görə, illərlə halal zəhməti ilə qurduğu obyekt – şəxsi əmlakı qeyri-qanuni yollarla əlindən alınıb, başqa bir şəxsə satılıb. Vətəndaş məsələ ilə bağlı məhkəməyə müraciət edib və ilkin instansiya onun xeyrinə qərar çıxarıb. Lakin daha sonra apellyasiya və Ali Məhkəmə bu qərarı ləğv edərək vətəndaşın haqqını tapdalayıb.
  Təəssüf ki, bu gün bəzi hallarda məhkəmələr ədalət və qanunun keşiyində durmaq əvəzinə, vətəndaşların hüquqlarını pozan qərarlar verirlər. Bu isə cəmiyyətdə ədalətə olan inamı sarsıdır, insanların haqlarını müdafiə etmək ümidini zəiflədir.
   Bir çox hallarda ilkin instansiya məhkəməsinin verdiyi ədalətli qərarlar yuxarı instansiyalarda ləğv olunur, hüququ pozulan vətəndaş isə illərlə sürən məhkəmə çəkişmələrinin qurbanına çevrilir. Bu vəziyyət ciddi şəkildə hüquqi islahatların zəruriliyini ortaya qoyur
  Bəs vətəndaş nə etsin? Hüququ pozulan, ədalət istəyən bu insanın səsi hara qədər çatmalıdır?
  Cənab prezident İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edib ki, "vətəndaşların hüquq və azadlıqlarının qorunması prioritetdir. Heç kim qanundan üstün deyil." Bu fikirlərin işığında Əlpənah Məmmədov və onun kimi yüzlərlə insan cənab İlham Əliyeva, Ədliyyə nazirliyinə və Məhkəmə Hüquq Şurasına  üz tutur, inanır ki, onların haqqı bərpa olunacaq.
Arzu Tofiq qızı
  Sedanews.az

   
  

  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA