sedanews.az
sedanews.az

Hərbi prokuror Hərbi Hava Qüvvələrinin hərbi hissələrinin hərbi qulluqçuları ilə görüşdü

Dün, 09:11




Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin Komandanı, general leytenant Namiq İslamzadə ilə birlikdə tədbir keçirərək hərbi qulluqçularla görüşüb.
   Bu barədə Teleqraf-a Hərbi Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Görüş zamanı Hərbi prokuror Hərbi Hava Qüvvələrinin 44 günlük Vətən müharibəsindəki peşəkarlığından, hazırkı dövrdə hərbi hava qüvvələrinin əhəmiyyətindən bəhs edib.



  Vurğulanıb ki, hərbi qulluqçuların fiziki hazırlığı ilə yanaşı, nəzəri biliklərinin artırılması, yeni texnikaların mənimsənilərək peşəkarlıqla idarə olunması, habelə bu sahədə uğur qazanmaq üçün nizam-intizamın yüksək səviyyədə olması tələb olunur.
Hərbi qulluqçular Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yaradılan şəraitə görə razılıqlarını bildirib, gələcəkdə də onların qarşısında qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələcəklərini qeyd ediblər.
   Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub və xidməti fəaliyyətlərində uğurlar arzulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA