Azərbaycan xalqı Qanlı 20 Yanvar faciəsinin 36-ci il dönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edir.Teleqraf.com xəbər verir ki, onlar məzarların üzərinə gül dəstəsi qoyaraq xatirələrini ehtiramla anırlar.
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.
Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb.
Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.