sedanews.az
sedanews.az

Təhsilin zirvəsində parlayan imzalar

28-04-2026, 16:54

​Cəlilabad rayonu Göytəpə şəhər V. Mürsəlov adına 1 nömrəli tam orta məktəbin bu uğuru, hər bir şagirdin zəhmətinin, müəllimlərin fədakarlığının və valideyn dualarının ən gözəl bəhrəsidir. Bu gənclər topladıqları yüksək ballarla sübut etdilər ki, əzm və istək olan yerdə heç bir zirvə əlçatmaz deyil.
Bu nailiyyət təkcə bir məktəbin deyil, bütövlükdə bir bölgənin, bir xalqın intellektual gələcəyinin parlaq göstəricisidir. 
​"Bu yüksək nəticələr sadəcə rəqəmlər deyil, uykusuz gecələrin, oxunan minlərlə səhifənin və sarsılmaz iradənin təntənəsidir. Hər bir balamız öz uğuru ilə həm ailəsinin, həm də Göytəpə təhsil mühitinin adını ucaltdı."
​"İnanırıq ki, bu gün məktəb partasında yüksək intellekt nümayiş etdirən
Kərimli Əfsanə, Sadıqova Nəzrin, Bağırlı Zəhra,  Məhəmməd Həsən,  Əliyev İsmayıl, Əli Həsən, Əsgərli Ravana, Qasımov Səlim, Xankişiyeva Nərgizin sabah müstəqil Azərbaycanın ən bacarıqlı kadrları, xalqımızın xidmətində duran ziyalıları olacaqlar."
​ "Şagirdlərimizin bu uğurunda əməyi keçən, onlara bilik verməklə yanaşı, yol göstərən bütün müəllim heyətinə dərin minnətdarlığımızı bildiririk. Onların əkdiyi toxumlar bu gün böyük bir uğur bağçasına çevrilib."
​"Uğur təsadüf deyil, düzgün hədəfin və yorulmaz fəaliyyətin nəticəsidir. Yolunuz açıq, uğurlarınız davamlı olsun, əziz məzunlar!"
​Bu gözəl xəbəri paylaşan sedanews.az və Səda TV kollektivinin bu həssas yanaşması, gənclərin motivasiyası üçün çox böyük əhəmiyyət kəsb edir. Bir daha bütün balalarımızı ürəkdən təbrik edirik!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA