sedanews.az
sedanews.az

Həcc ziyarəti başa çatır

Bugün, 11:14

   Bu gün sonuncu zəvvar qrupları vətənə qayıdır. Bununla da Həcc ziyarəti başa çatır.
Sedanews.az KİV-lərə istinadən xəbər verir ki, bu barədə  Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
  Onun sözlərinə görə, zəvvarlar iki reyslə qayıdacaqlar:
"Biz birinci reyslə qayıdırıq. Bir azdan təyyarəyə minirik. Bu təyyarədə 150 nəfər zəvvar olacaq. Axşam reysi ilə isə sonuncu zəvvar qrupu vətənə qayıdacaq. Həmin reysdə isə 100 nəfər zəvvar var. Bununla Həcc missiyası başa çatır. Yeni ziyarətə yollanan kvota üzrə hamı artıq ziyarətini başa vurub vətənə dönür. Hamı özünü yaxşı hiss edir. Heç kimin səhhətində hansısa problem yaranmayıb", - o bildirib.
Qeyd edək ki, hacıların Azərbaycana ilk geri dönüş reysləri iyunun 6-da səhər və axşam saatlarında həyata keçirilib. İkinci qrup isə iyunun 7-də vətənə qayıtmışdılar. (Milli.Az) 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA