sedanews.az
sedanews.az

Bağçalara elektron qəbula başlanılır

Bugün, 14:58


   Məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qəbulu prosesinə başlanılır.
Milli.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, iyulun 7-si saat 11:00-dan etibarən Regional Təhsil İdarələrinin və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə, iyulun 9-u saat 11:00-dan isə Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələrin yaradılmasına başlanılacaq.
   2021 və 2022-ci il təvəllüdlü uşaqlar üçün elektron növbələr saat 11:00-da, 2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqlar üçün isə saat 15:00-da aktivləşdiriləcək.
   Bu il ilk dəfə olaraq qəbul prosesi "myGov" platforması üzərindən həyata keçiriləcək. Valideynlər və ya qanuni nümayəndələr "myGov" kabinetində "Xidmətlər" bölməsindən Elm və Təhsil Nazirliyinin "Məktəbəqədər təhsil müəssisələrinə qəbul" xidmətini seçərək elektron müraciət edə biləcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA