Azərbaycanla Özbəkistanın şəhərləri də qardaşlaşır - SİYAHI

Azərbaycan və Özbəkistan arasında münasibətlər paytaxtlardan kənarda da yeni körpülər qurur. Bakı ilə Daşkəndin möhkəm siyasi və strateji tərəfdaşlığı fonunda iki ölkənin müxtəlif şəhərləri də “qardaşlaşaraq” iqtisadi, mədəni və turizm əlaqələrini genişləndirir. Bir-birindən minlərlə kilometr uzaqda yerləşən bu şəhərləri isə ortaq tarix, mədəni yaxınlıq və dostluq bağları birləşdirir.
sedanevs.az xəbər verir ki, hazırda Azərbaycanla Özbəkistanın 10 şəhəri qardaşlaşıb.
Qardaş şəhərlərin siyası belədir:
Bakı - Daşkənd
İsmayıllı - Riştan
Şuşa - Xivə
Lənkəran - Buxara
Şəki - Kokand
Biləsuvar - Termez
Mingəçevir - Namanqan
Füzuli - Gülüstan
Quba - Cizak
Beyləqan - Şəhrisəbz
Qeyd edək ki, Naxçıvan-Ürgənc şəhərlərinin yaxın vaxtlarda qardaşlaşma münasibətinin qurulması planlaşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: