Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Bununla bağlı sedanevs.az President.az-a istinadən xəbər verir.
Sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib:
II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi
Sənan İsa oğlu Paşayevə - Naxçıvan Muxtar Respublikasının prokuroru
III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi
Emin Ramiz oğlu Mürsəliyevə - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini
Asəf Vaqif oğlu Sarıkişiyevə - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini
"ədliyyə general-mayoru" ali hərbi rütbəsi
Nihad Ənvər oğlu Şıxəliyevə - Azərbaycan Respublikası Hərbi prokurorunun müavini.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: